28 Aprel 2017 11:58
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016/2017-ci tədris ili üzrə hazırda ölkəmizdə 5007 nəfər əcnəbi tələbə təhsil alır.

Teleqraf.com-un xəbərinə görə, bu barədə Təhsil Nazirliyinin 2016-ci ilin illik hesabatında məlumat verilib.

Məlumata görə, əcnəbi tələbələrin üstünlük təşkil etdiyi ali təhsil müəssisələri sırasında ilk üçlüyü Azərbaycan Tibb Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Bakı Dövlət Universiteti tutur. Azərbaycanda təhsil alan əcnəbi tələbələrin əksəriyyəti Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq, türkmənistan və Çindən olanlardır.

Hesabat dövründə Xaricdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində 1470 təqüdçü məzun olub.

Məzunların 95 faizi öz ixtisas istiqmaətində, 5 faizi başqa sahədə fəaliyyətini davam etdirir. Məzunların 60 faizi əsasən özəl sektorda, 40 faizi dövlət sektoprunda çalışır. Hazırda Təhsil Nazirliyində çalışan Dövlət Proqramı məzunlarının sayı 22 nəfərdir.

İlhamə ƏBÜLFƏT


Müəllif: