18 May 2017 17:59
1 250
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Fikir Mərkəzi Azərbaycan gəncliyinə dünyanın ən böyük şəxsiyyətlərindən birini tanıtmaq üçün "Atatürk məktəbi" elan edib.

Teleqraf.com xəbər verir ki, "Atatürk məktəbi" layihəsi çərçivəsində 2 həftə boyunca gənclərə Mustafa Kamal Atatürk və onun fəaliyyəti barəsində ətraflı məlumat veriləcək.

Təlimlər həftənin I, III, V və II, IV, VI günləri olmaqla 2 qrup şəklində keçiləcək. Dərslər mühazirə və müzakirə formatında baş tutacaq. Hər dərs günü saat 14.00-16.00 arası 2 mühazirə, 16.00-17.00 arası isə müzakirə keçiriləcək.

Qeydiyyat keçən şəxslər müsahibə yolu ilə seçiləcək. Son qeydiyyat tarixi: 4 iyun

Qeydiyyat linki:
https://docs.google.com/forms/d/1OnLWUssY0P1vuiZVL37SbRDCq7l7PkogFcovBkj88hI/edit

Təlimlər tamamilə ödənişsizdir.

Ünvan: Əlövsət Quliyev küçəsi 79, mənzil 8. Əlaqə: 070-537-21-84


Müəllif: Teleqraf.com