19 May 2017 15:09
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

MŞ sədri: “Onun qəzetçi qabiliyyəti haqqında xüsusi danışmağa ehtiyac yoxdur, qəzetin tirajı, saytın populyarlığı hər şeyi sübut edir”

Mayın 19-da Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov “Yeni Müsavat” qəzeti baş redaktorunun birinci müavini AzərAyxanı 45 illik yubileyi ilə bağlı təbrik edib. Musavat.com xəbər verir ki, bununla bağlı qəzetimizin redaksiyasına gələn Mətbuat Şurasının sədri A.Ayxana eyni zamanda yubileylə bağlı xüsusi plaket təqdim edib.

Ə.Amaşov təbrik nitqində bildirib ki, A.Ayxanın jurnalist, qəzetçi qabiliyyəti barədə xüsusi danışmağa ehtiyac yoxdur. Onun sözlərinə görə, “Yeni Müsavat” qəzetinin və musavat.com saytının reytinqi, oxucu auditoriyası hər şeyi sübut edir: “O saytdakı hər yazıda, qəzetin hər sayında AzərAyxanın da əməyi var. Bu sahədə onun peşəkarlığı, təşkilatçılığı barədə danışmağa dəyməz. Hər şey göz qabağındadır. Bundan başqa, hər bir insanın kənardan qibtə edəcəyi daha bir məqam da var ki, bu da AzərAyxanla Rauf Arifoğlunun bir-birinə qardaş kimi necə münasibət bəsləməsi, bir-birinin yolunu necə gözləməsidir. Bu iki qardaşın bir-birinə olan sevgisi, hörməti Azərbaycan cəmiyyəti üçün bir nümunədir. Mən sizi təbrik edirəm. Amma necə yaşınızın olduğunuzu soruşmuram. Bilirəm ki, çox gəncsiz”.

“Bu iki qardaşın bir-birinə olan sevgisi, hörməti Azərbaycan cəmiyyəti üçün bir nümunədir”

MŞ sədri eyni zamanda A.Ayxanın illər öncə həyatına, azadlığına olan təhlükələri də yada saldı. O, həmin vaxt yubilyarın həbsinə yönəlmiş addımlardan və bunun qarşının alınmasından danışdı: “Həmin vaxt Rauf bəy də türmədə idi. Və AzərAyxanın da həbs təhlükəsi yaranmışdı. O, ilk dəfə mənə bu barədə zəng edib deyəndə zarafatla dedim ki, narahat olma, səni tutmayacaqlar. Amma sonra məsələ ciddiləşdi və mən müvafiq qurumlarla danışıb bildirdim ki, Azərin həbsi Rauf Arifoğlunun həbsi ilə paralel olsa, bu ailə, onların valideynləri üçün ciddi zərbə olacaq. Və nə yaxşı ki, təhlükə baş tutmadı. AzərAyxan “Yeni Müsavat”dakı fəaliyyətinə, işinə uğurla davam etdi”.

Ə.AmaşovA.Ayxanaplaketi təqdim edəndən sonra qəzetimizin baş redaktoru Rauf Arifoğlu çıxış edib. O da “Yeni Müsavat” qəzeti adından yubilyara plakettəqdim edib və A.Ayxanın bu qəzetdəki yerini, rolunu yada saldı. R.Arifoğlu daha öncə A.Ayxan barədə yazdığı yazıya işarə edərək, zarafatla “danışmaq yazmaqdan daha çətin imiş” dedi.

A.Ayxan isə öz növbəsində həm MŞ sədrinə, həm də “Yeni Müsavat” qəzeti rəhbərliyinə və kollektivinə ona göstərdikləri diqqətə görə təşəkkürünü bildirib.


Müəllif: Teleqraf.com