19 May 2017 23:25
4 837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Dövlət Universitetinin Televiziya və radio jurnalistikasi kafedrasinin dosenti Aynur Kərimova yeni vəzifəyə təyin edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Aynur Kərimovanın özü məlumat verib.

BDU-nun rektoru Abel Məhərrəmovun bu gün imzaladığı qərara əsasən, Jurnalistika Elmi Tedqiqat laboratoriyasının elmi fəaliyyətini genişləndirmək, inkişaf etdirmək və gücləndirmək məqsədi ilə Aynur Kərimova bu qurumun müdir vəzifəsinə təyin edib. Aynur Kərimova eyni zamanda öncə rəhbərlik etdiyi kafedrada yarım ştat dosent kimi də fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, həmin vəzifəni daha öncə hazırki dekan əvəzi Vüqar Əliyev icra edirdi.

Şəfiqə Nazimqızı


Müəllif: Şəfiqə Nazimqızı