20 May 2017 10:39
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

"IV İslam Həmrəyliyi Oyunlarınn açılış mərasimində 4 sürücüdə yüksək təzyiq, 1 sürücü isə sürət həddini aşması səbəbindən sükan arxasından uzaqlışdırılıb".

Teleqraf.com xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev bildirib.

O bildirib ki, həmin ərəfədə Bakı Nəqliyyat Agentliyinin 350 avtobusu fəaliyyət göstərib: "Bütün avtobuslarda GPS sistemi quraşdırılıb. Həmin gün sürücülər əvvəlcədən tibbi müayinədən keçib".

Mais Ağayev qeyd edib ki, bağlanış mərasimi günü (mayın 22-si) üçün Bakı Nəqliyyat Agentliyi 430 avtobus ayırıb: "Bağlanış mərasimin günündə də sürücülər əvvəlcədən tibbi müayüinədən keçəcəklər. Avtobuslarda quraşdlırılan CPS vasitəsi ilə biz avtobusları izləyəcək, onların vaxtından əvvəl marşurutdan çıxmasının, sürət həddini aşmasının qarşısı alınacaq".

Bağlanış mərasimi günü metronun "Koroğlu" stansiyasına gələn 29, şəhərdaxili isə 6 avtobusun hərəkət istiqaməti dəyişdiriləcək.


Müəllif: Teleqraf.com