22 May 2017 12:36
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəməndə Husi fəalları və Saleh tərəfdarlarının raket hücumu nəticəsində 6 nəfər ölüb, 11 nəfər yaralanıb.

Teleqraf.com xarici mediaya istinadən bildirir ki, Husi döyüşçüləri Taiz məntəqəsinin şərqindəki Hoban və Elqand şəhərlərini raket hücumuna tutub. Hücum zamanı ölən və yaralanan insanlar mülkü vətəndaşlar olub.

Xatırladaq ki, hazırda Yəməndə vətəndaş müharibəsi gedir. Burada daha çox İran və Səudiyyə Ərəbistanına yaxın qüvvələr bir-birinə hücumlar təşkil edir.


Müəllif: Cavad