22 May 2017 15:46
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzi (DİM) sabah Bakı və Sumqayıt şəhərlərində yerləşən, reprezenatativ seçmə əsasında müəyyən olunan 206 məktəbdə 11-ci sinifdə təhsil alan şagirdlər üçün Azərbaycan dili və riyaziyyat fənlərindən monitorinq imtahanları keçirəcək.

Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, monitorinq imtahanlarında 12 522 şagirdin iştirakı nəzərdə tutulur. İmtahan saat 10:00 da başlanacaq.

Əvvəlcə riyaziyyat, sonra isə Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək. Riyaziyyat fənni üzrə imtahan 1 saat, Azərbaycan dili fənni üzrə isə 45 dəqiqə davam edir.


Müəllif: Şəfiqə Nazimqızı