22 May 2017 20:58
1 545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Ərdoğan AKP-nin dünən təşkil edilən fövqəladə konqresdə 998 gün əvvəl ayrıldığı partiyasına qayıdıb. Tanınmış müğənni İbrahim Tatlısəs bu münasibətlə Ərdoğanı təbrik edərək onunla fotosunu paylaşaraq, "Həsrəti sona çatdı" qeydini yazıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Tatlısəsin “998 gün sonra hörmətli prezidentim yenə evində, partiyasının başında. Həsrəti sona çatdı, ilk günkü eşqi ilə yenə vətənə, millətə xidmət göstərəcək, yoluna davam deyəcək. Vətənimizə, millətimizə xeyirli, uğurlu olsun. Hörmətli başqanımı təkrar təbrik edirəm. Uca Allah yar və köməkçisi olsun", paylaşımı bəzi insanların mənfi rəylərinə səbəb olub.

Bu paylaşımdan sonra Tatlısesin ünvanına gələn təhqirlərdən dolayı o, yenidən bir paylaşım edib.

"Haqqı haqqa verdik deyə yemədiyimiz təhqir qalmadı. Məni illərcə dinləyən insanlara sanki utanılacaq bir söz demişəm! 45 ildir ki səsimlə, hörmətimlə sizlərə xidmət edirəm . Vətəni sevməyin qarşılığı budur? Ayıb olun sizlərə. Vallahi və billahı təəssüf və ayıb olsun! Bəs məni sevirdiniz? Budur sevmək? Halbuki məni sevirsiniz deyə, “budur mənim vəfalı, cəfakeş xalqım” deyirdim. Bəzilərinin yazdığı şərhləri görürəm. Yanılmışam!

Bağışlayın, amma nə şərh yazırsınızsa , yazın. Ölkəmizi böyük bir fəlakətdən qurtaran prezidentmizə hər zaman hörmət və sevgim olacaq. Bu qədər etdiyi işlərə görə də, həmişə təşəkkür edəcəyəm”, - İbrahim Tatlısəs yazıb.

Şəfiqə Nazimqızı

tatlısəsə.jpg görüntüleniyor


Müəllif: Teleqraf.com