23 May 2017 00:12
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi "Dünyanın məhşur müsəlman idmançıları" (World’s famous muslim athletes) adlı kitab nəşr edib.

Teleqraf.com xəbər verir ki, kitabın müəllifləri Dövlət Komitəsinin əməkdaşları Orxan Maşayev və Tural Vəlizadədir.

Ön sözünün müəllifi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının olduğu kitabda idmanın insan həyatındakı rolundan və İslam Həmrəyliyi Oyunlarının tarixindən bəhs edilib. İngilis dilində nəşr olunmuş kitabda, eyni zamanda dünya səviyyəsində böyük nüfuz sahibi olan görkəmli müsəlman idmançıların
həyatı haqqında məlumatlar yer alıb.

Nəşrin “Olimpiya Hərəkatı yaranma və inkişaf tarixi”, “Azərbaycan Olimpiya Oyunlarında” bölmələrində 1997-ci ilin ikinci yarısında ölkə idmanında yeni səhifə açılmasından - İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə idman sahəsində köklü istahatlara başlanılmasından bəhs edilir.

Samir


Müəllif: Teleqraf.com