23 May 2017 08:35
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Robocop” adlı ilk robot polis rəsmən Dubayın polis xidmətinin tərkibinə daxil edilib. Bu haqda “Arabian Business” nəşri məlumat verib.

Teleqraf.com xəbər verir ki, robotun hündürlüyü 170 sm, çəkisi 100 kq-dır. Robot emosiyaları müəyyənləşdirən detektorla təchiz edilib və insanlarda sifət ifadələrini və jestləri 1,5 metrədək məsafədən “tanıyır”. Beləliklə, robot insanlarla əlaqə yarada və qanun pozanları aşkar edə bilər.

Robot ona qurulmuş daxili naviqator sayəsində ərazidə hərəkət edir, ərəb və ingilis dilləri daxil olmaqla 6 dildə danışır. Vətəndaşlar sözügedən robot vasitəsilə kredit kartları ilə polis xidmətlərini ödəyə bilərlər.

Küçə və ticarət mərkəzlərində patrulluq edən “Robocop” müvafiq video çəkilişlərini təqdim etməklə qanun keşikçilərinə cinayətkarları tapmaqda kömək edəcək.


Müəllif: Teleqraf.com