25 May 2017 01:52
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tomsk Dövlət Universitetinin alimləri insan sağlamlığının vəziyyəti və xəstəliklərə meylini öyrənmək üçün saçın kimyəvi analizində yeni üsul tapıblar.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, saçın spektral analizi insan orqanizmində həyati əhəmiyyətli mikroelementlərin konsentrasiyasını müəyyən etməyə imkan verir.

Onların disbalansı uzun müddət gizli şəkildə davam edən müxtəlif xəstəliklərin inkişafına səbəb olur.Yeni üsul bir dəfəyə 30 kimyəvi elementin birləşməsini müəyyən etməyə imkan verir.

Həmin üsul artıq öz səmərəliliyini göstərib. Alimlər işemik insult keçirmiş xəstələrin saçının müayinəsini apararaq qanın tərkibinin dəyişdiyini, toksik elementlər olan kadmium və qurğuşun konsentrasiyasının artdığını və sinkin konsentrasiyasının azaldığını aşkar ediblər.

Şəfiqə Nazimqızı


Müəllif: Teleqraf.com