25 May 2017 01:25
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yayın gəlməsi və üstəlik Ramazan ayına sayılı günlərin qalması qida rejimilə bağlı sualları gündəmə gətirib. İlk ağla tərəvəz və meyvələr gəlir, amma onlardan necə istifadə etməliyik?

Teleqraf.com mütəxəssislərin fikirinə istinadla xəbər verir ki, meyvələrdən necə gəldi istifadə etmək olmaz.

Meyvə yeyərkən sərhədləri aşmayın, sürətli yeməyin.

Səhər yeməyindən əvvəl və ya nahardan ən az iki saat sonra meyvə yeyin, axşam yeməyindən sonra meyvədən uzaq durun.

Mümkünsə meyvəni qabığı ilə birlikdə yeyin. Nisbətən az şirin, tünd rəngli meyvələri seçin.

Meyvə şirəsi hazırlayarkən şəkər əlavə etməyin, yaxud çox az əlavə edin.

Meyvə salatına krem qatmayın.

Şokolad sousuna batırılmış meyvələrdən uzaq durun.

Meyvəni qatıqla qarışdırmayın.

Hazır meyvə suları və limonadlardan itifadə etməyin. İçəcəyiniz şirə mütləq birbaşa təzə meyvədən çəkilmiş, azca şəkər əlavəsi ilə olsun.

Meyvəli dondurmanın daha sağlam bir seçim olduğunu düşünməyin.

Şəkər xəstəsi olanlar mütləq həkim və dietoloqla məsləhətləşməlidir.

Şəfiqə Nazimqızı


Müəllif: Teleqraf.com