25 May 2017 00:39
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu mənfur çevriliş cəhdi Baş Qərargah rəisi, Hərbi Qüvvələrin komandanlığı və Milli İstehbarat Təşkilatının (MİT) rəhbərinin planı, məlumatı və idarəçiliyi ilə həyata keçirilib".

Teleqraf.com Axar.az-a istinadən xəbər verir ki, bunu 15 iyul qiyamında ittiham edilən Quru Qoşunlarının keçmiş generalı Ərhan Caha məhkəmədə ifadəsi zamanı bildirib.

Ərhan Caha bildirib ki, məhkəmə qarşısında şahid kimi ifadə versələr də, bu həqiqət ortaya çıxacaq: "15 iyul gecəsi gələn təlimat səbəbilə Türkiyə Silahlı Qüvvələri (TSQ) qiyam cəhdinə sövq edilmişdi. Kimdir bu planın arxasında olanlar? 16 iyulda olayın mahiyyəti bəlli olduqda, gördüm ki, TSQ tələyə salınıb. Mən də bu tələnin qurbanlarından biriyəm”.


Müəllif: Teleqraf.com