25 May 2017 10:58
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda bəzi siqaretlərin qiyməti 20-29% ucuzlaşıb.

“Report” xəbər verir ki, bu gündən başlayaraq 3 adda siqaretin satış qiyməti aşağı düşüb. Sabah isə daha bir neçə siqaretin qiymətinin aşağı düşəcəyi ilə bağlı firmalardan məlumat daxil olub.

Siqaretlərin hazırki və əvvəlki satış qiymətləri belədir:

– More – 1.20 AZN (əvvəlki satış qiyməti - 1.40)
– Yava – 1.20 AZN (1.40)
– Classic (compact) – 1.140 AZN (1.60)
– Classic (uzun) – 1.40 AZN (1.60)
– Classic (qalın qutu) – 1.20 (1.50 AZN)
– Prima – 1 AZN (1.50 )

Sabahdan satış qiymətinin aşağı düşəcəyi deyilən siqaretlər:

– Viceroy (compact)
– Viceroy (nazik qutu)
– LD (nazik qutu)
– LD (qalın qutu)
– LD (compact)
– LD (compact)

Bu tütün məmulatları siqaret çəkənlər arasında o qədər də populyar deyil.


Müəllif: Teleqraf.com