25 May 2017 15:12
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 30-da Beynəlxalq Muğam Mərkəzində kamança ustası Habil Əliyevin 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.

Bu barədə Teleqraf.com-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Mayın 28-də görkəmli kamança ustası, xalq artisti Habil Əliyevin (1927-2015) anadan olmasının 90 ili tamam olur.

Habil Əliyev əmək fəaliyyətinə 1953-cü ildə Azərbaycan Dövlət Filarmoniyasında başlamış, öz istedadı və zəhmətsevərliyi sayəsində qısa müddət ərzində xalq musiqisi incilərini dərindən öyrənib və 60 il ərzində öz ifaçılıq məharəti ilə milli musiqimizi zənginləşdirib. Onun böyük məharətlə ifa etdiyi muğamlar dinləyicilərin yaddaşına həmişəlik həkk olunub.

Nərmin


Müəllif: Teleqraf.com