26 May 2017 18:25
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər Mingəçevirdə üç yaşlı Vüqar Vüsal oğlu yaşadığı binanın üçüncü mərtəbəsindən yerə yıxılıb. Operativlik və həkimlərin səyi nəticəsində Vüqar Nağızadə sağ qalıb.

Teleqraf.com xəbər verir ki, bu haqda Milli Məclisin deputatı Aydın Mirzəzadə məlumat verib.

Deputatın sözlərinə görə, sol ayağında sınıqlar və üz nahiyyəsində müxtəlif xəsarətlər alan azyaşlı dərhal Mingəçevir Mərkəzi Xəstəxanasına çatdırılıb: “Hadisəni eşidən kimi Mingəçevir səhiyyəsinin rəhbəri Könül müəllimə zəng etdim. O bildirdi ki, təcili yardım maşını hadisə yerinə təcili çatıb, qəbul şöbəsində ən təcrübəli həkimlər uşağa yardım göstəriblər. Hazırda uşağın vəziyyəti stabildir, müalicəsi davam edir. Həmçinin bütün müalicə dövlət hesabınadır və uşağın ailəsinin heç bir xərci çıxmayacaq. Telefon nömrəsini taparaq uşağın atası Vüsal Nağıyevlə, həmçinin babası Əbülfət Nağıyevlə danışdım. Onlara gözaydınlığı verdim və uşağın daima həkim diqqətində olacağını bildirdim. Valideynlər müalicədən və tibb personalının diqqətindən razı qaldıqlarını söylədilər”.

Millət vəkili qeyd edib ki, Mingəçevirdə mərkəzi xəstəxana 2015-ci ilə dövlət hesabına yüksək səviyyədə təmir edilib, müasir avadanlıqlarla təmin edilib. Ötən ilin noyabr ayından etibarən isə Mingəçevir səhiyyə sistemində eksperiment qaydasında sığorta sistemi tətbiq edilib.


Müəllif: Nərgiz