26 May 2017 19:28
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyi rəsmi Tallinin rusiyalı diplomatları ölkədən çıxarmaq qərarını şərh edib.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, xarici siyasət idarəsi bununla bağlı mövqeyini belə izah edib: “Bu, növbəti qeyri-dost və heç bir əsası olmayan aktdır və cavabsız qalmayacaq”.

Qeyd edək ki, Rusiyanın Estoniyanın Narva şəhərindəki baş konsulu Dmitri Kazyennov və konsul Sergey Surqayevə ölkəni tərk etməklə bağlı nota təqdim olunub.

Estoniya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sandra Kamilova bildirib ki, adı çəkilən şəxslər təcili şəkildə ölkəni tərk etməlidirlər.


Müəllif: Səxavət