27 May 2017 09:05
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktorunun müavini Nigar Bayramovanın rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyada səfərdə olub. Bu barədə Teleqraf.com-a Azərbaycanın Almaniyadakı səfirliyindən məlumat verilib.

Səfərin məqsədi Almaniyadakı müvafiq qurumlarda ikitərəfli görüşlər keçirməklə sözügedən ölkənin icbari tibbi sığorta sahəsində qabaqcıl təcrübəsinin öyrənilməsindən və fikir mübadiləsinin aparılmasından ibarət olub.

Bu xüsusda, nümayəndə heyəti Almaniyanın Federal Səhiyyə Nazirliyi, İcbari Sağlamlıq Sığortası Fondlarının Milli Assosiasiyası, Özəl Sağlamlıq Sığortası Assosiasiyası, Federal Birgə Komitə, Tibb Assosiasiyası, Xəstəxana Assosiasiyası, “McKinsey” Xəstəxana İnstitutu, Federal Sığorta Agentliyi, Xəstəxanada Təzminat Sistemi İnstitutunun rəsmiləri ilə görüşlər keçirib və sözügedən qurumların fəaliyyətləri ilə yaxından tanış olub.

Keçirilən görüşlərin nəticəsi olaraq əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəlinib.

Səxavət


Müəllif: Teleqraf.com