27 May 2017 09:50
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Digər dövlətlərin penitensiar xidmətlərində məhkumlar arasında ölüm halları Azərbaycandakından az deyil.

Bunu jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev bildirib.

Onun sözlərinə görə, məhkumlar arasında ölüm hallarının olması onlara xüsusi təzyiqlərin göstərilməsi ilə bağlı deyil:

"Belə hallar təcridxanalardan kənarda da olur. Məhkum təcrid olunur, müəyyən imkanlar onların əlindən alınır. Amma yenə də deyirəm ki, ölüm halları bütün penitensiar xidmətlərdə olur”.

Mədət Quliyev əlavə edib ki, IV İslam Həmrəyliyi Oyunlarında heç bir təxribat qeydə alınmayıb: DTX bu kimi halların qarşısını almaq üçün bir il əvvəldən başlayaraq müvafiq tədbirlər keçirməyə başlayıb. Digər dövlətlərin xüsusi xidmət orqanları ilə bir yerdə, qarşılıqlı işləyirdik".

M.Quliyev bildirib ki, İslamiadada fantastik uğurlar qeydə alınıb: "Medalların sayını gördünüz. Dünyanın heç bir yerində gənclərlə belə siyasət aparılmır, gənclərə bu cür diqqət yetirilmir. Təbii ki, bu uğurlar aparılan siyasətin məntiqi, davamlı nəticəsidir. Azərbaycanın birinci yerə çıxmağı təbii və məntiqlidir. Çünki Azərbaycanda idmana, gənclərə, tərəqqiyə böyük diqqət var. Bu baxımdan belə də olmalıydı". (report.az)


Müəllif: Teleqraf.com