28 May 2017 19:22
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ mütəxəssisləri çayın xeyli faydasını üzə çıxarıblar.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, çay şəkər xəstəliyindən əziyyət çəkən və bu xəstəliyə görə risk qrupunda olan insanlar üçün çox vacibdir. Çayın tərkibində, orqanizmdə qlükozanın mənimsənilməsini ləngidən polifenol maddələri var.

Çayın ürək-damar sistemi üçün çox faydalı olduğunu təsdiq edilib. Həmçinin çay beyinin fəaliyyətini aktivləşdirir, xərçəngin inkişafının qarşısını alır, orqanizmi cavanlaşdırır. Alimlər gün ərzində 3-5 fincan təzə dəmlənmiş çayı içməyi tövsiyə edir.


Müəllif: Şəfiqə Nazimqızı