29 May 2017 15:38
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə naziri Ceyms Mettis Şimali Koreya ilə müharibə başlayarsa, bunun Çin və Rusiya daxil olmaqla bütün bölgəni fəlakətə aparacağını bəyan edib.

Teleqraf.com-un xarici KİV-ə istinadla xəbərinə görə, Pentaqon rəhbəri mümkün diplomatik uğursuzluq nəticəsində Şimali Koreya ilə savaş reallığının ortaya çıxacağını bildirib.

Şimali Koreyanın Yaponiya və Cənubi Koreyanı təhdid etdiyini bildirən general Mettis xəbərdarlıq edib ki, bölgə müharibəyə sürüklənərsə, bundan əksər dövlətlər ziyan çəkəcək və bölgədə tam fəlakət yaranacaq.

Şimali Koreyanın Cənubi Koreyanın paytaxtı Seulu vura biləcək artilleriya və raketlərə malik olduğunu xatırladan Pentaqon rəhbəri deyib ki, Pxenyanla müharibə bir çox insanların həyatda görə biləcəyi ən böyük fəlakət olacaq.


Müəllif: Cavad