29 May 2017 16:32
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ Azadlıq Təşkilatı (QAT) Ermənistandan olan hüquq müdafiəçisi, Sülh Platformasının üzvü Vaan Martirosyanın Azərbaycana qarşı ittihamlar səsləndirməsi ilə bağlı bəyanat yayıb. QAT-dan Teleqraf.com-a daxil olan bəyanatda deyilir: “Sülh Platformasının təşəbbüskarlarından olan Vaan Martirosyan ötən ilin sentyabrında ailəsi ilə birlikdə Azərbaycana gəlmiş, sığınacaq almış, sonra isə üçüncü ölkəyə – Ukraynaya getmişdi. O, son vaxtlara qədər Ermənistanın işğalçı rejimini, terrorçu Sərkisyanı tənqid edirdi. Amma indi birdən-birə Sərkisyan rejimini tərifləyən və Azərbaycana qarşı əsassız ittihamlardan ibarət çıxışlara başlayıb”.

QAT bildirir ki, bu, əsl erməni xislətidir, onları dəyişmək mümkün deyil: “Ermənilər son 100 il ərzində kirvə, sonradan isə kommunist adı altında bizim içərimizə daxil olmuş, ocağımızın başına keçmiş, sonra isə bizə xəyanət edərək arxadan zərbə vurmuşlar. İndi də onlar demokrat cildinə girib, Azərbaycana gəlir, guya Ermənistan rejiminə qarşı çıxışlar edir, özlərini Azərbaycansevər kimi göstərməyə çalışırlar. Əslində isə onların məqsədi Azərbaycan cəmiyyətinin içərilərinə nüfuz etmək, pozuculuq işləri aparmaqdır. Bunların hamısı Azərbaycana xüsusi erməni mərkəzlərinin tapşırığı ilə gəlib və təxribat xarakterli proseslərə başlayıblar. Çox təəssüf ki, ölkə daxilində də bu erməni təxribatlarına dəstək verənlər tapılıb”.

Bəyanatda daha sonra deyilir: “Vaan Martirosyan hadisəsi bir daha göstərir ki, heç bir erməniyə etibar etmək olmaz. Xüsusilə də torpaqlarımız işğal altında olduğu dövrdə bu cür məsələlərə həddən artıq diqqət və ehtiyatla yanaşmalıyıq. Martirosyanların, avetyanların, çaqinyanların istənilən ad altında Azərbaycana gəlmələri, burada özlərinə “yuva” qurmaları ölkəmiz üçün yaxşı heç nə vəd etmir və bu təhlükəli prosesin qarşısı tezliklə alınmalıdır”.


Müəllif: Səxavət