30 May 2017 08:15
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstində Ramazan ayı boyunca boşanmaq qadağan edilib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Fələstində hakim insanlıq aclıq və siqaretsizlikdən dolayı keçirdikləri stress üzündən boşanmaqla bağlı emosiyanal qərarlar qəbul edə biləcəklərini düşünərək qeyri-adı qadağa ilə gündəmə gəlib.

Şəriət məhkəməsinin hakimi Mahmud El-Habbaş qeyd edib ki, Ramazanda ər və arvad arasında müxtəlif problemlərin ciddiləşməsi mümkündür.

Hakim qeyd edib ki, tərəflər Ramazan ayı bitəndən sonra məhkəməyə üz tuta bilərlər.


Müəllif: Ruslan Xəlil