30 May 2017 10:33
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində İŞİD və digər terror təşkilatlarının tərkibində döyüşməkdə təqsirləndirilən Ramin Xanmuradovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara görə, prokurorluğun təqsirləndirilən şəxsin cəzasının artırılması ilə bağlı verdiyi protesti təmin edilib. Məhkəmə Ramin Xanmuradovun cəzasını 11 ilə qədər artırıb.

Həmçinin Ramin Xanmuradovun barəsində bəraət hökmü çıxarılması barədə apelyasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramin Xanmuradov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.

İttihama görə, Ramin Xanmuradov 2013-2015-ci illərdə Suriya və İraqda qanunsuz silahlı birləşmələrin, o cümlədən İŞİD, Nüsrə Cəbhəsi və Cundu Şam terrorçu təşkilatlarının fəaliyyətində iştirak edib.


Müəllif: Hacı Zeynalov