30 May 2017 12:11
4 233
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizi ən çox narahat edən məsələ televiziyalarda türk sözləri və intionasiyasıdır.

Teleqraf.com xəbər verir ki, bunu Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva deyib.

Onun sözlərinə görə, Azərbaycan dilində hər hansı xəbəri ifadə edəcək qədər sözlər var: “Bunun üçün başqa dillərdən söz əlavə etməyə ehtiyac yoxdur. Monitorinqimizdə təkcə xəbər yox, digər verilişlərin də monitorinqi aparılıb. Bu, həm də həmin aparıcıların öz üzərində işləməsi üçün vacibdir.

"Xəzər" televiziyasında Xoşqədəm Hidayətqızının veriliinşdə idim. O, verilişdə bir dəfə də olsun, türk sözlərindən istifadə etmədi. Baxmayaraq ki, o, illərdir Türkiyə vətəndaşı ilə evlidir. Bu gün İTV, “Space” və digər telekanallarda dil qaydalarına əməl edirlər.

Aparıcı Zaur Baxşəliyevin dilində əvvəl Osmanlı türkcəsində ifadələr yer alırdı. Lakin bizim tövsiyələrimizdən sonra onun bunu ciddi şəkildə aradan qaldırdığı hiss olunur. Televiziya aparıcıları Dilçilik İnstitutu əməkdaşlarının monitorinqindən nəticə çıxarırlar, bu nəzarəti öz üzərində hiss edirlər. Bizim əsas işimiz Azərbaycan dilinin qorunmasıdır, bunun üçün əlbir olmalıyıq".

Şöbə müdiri qeyd edib ki, televiziyaların dil monitorinqi aparıcıların dilində qüsurların aradan qaldırılmasını müşahidə edirilir.


Müəllif: İlhamə Əbülfət