17 İyun 2017 17:44
1 408
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın baş naziri Dmitri Medvedev Barens dənizinin Kola körfəzində 4 süni adanın yaradılmasına dair sərəncam imzalayıb.

Teleqraf.com xəbər verir ki, sərəncam bu gün hökumət saytında dərc olunub.

Məlumata görə, süni adalarda sənaye məqsədləri üçün dəniz kompleksləri hazırlayacaq mərkəz, təbii maye qazın saxlanılması və tədarükü üçün anbarlar, həmçinin dəniz texnikası və avadanlıqlarının təmiri və xidmət göstərilməsi üçün təmir mərkəzi inşa olunacaq.

İnvestisiyanın dəyəri 25 milyard rubl həcmindədir. Adaların inşası “Kola tərsanəsi” kompaniyası tərəfindən maliyyələşdiriləcək.

Rusiya hökuməti bununla təkcə tərsanədə 10 minə yaxın iş yerinin yaradılacağını bildirib. Tikinti işlərinin 2010-ci ildə başa çatması planlaşdırlır.


Müəllif: Səxavət