17 İyun 2017 16:36
2 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Körfəz böhranını həlli üçün Səudiyyə Ərəbistanına səfərini işıqlandıran “TRT World” müxbirlərinin saxlandıqları məlum olub.

Teleqraf.com xəbər verir ki, saxlanılanlar “TRT World”un Pakistan vətəndaşı olan müxbiri Həsən Abdullah və operator Nihat Yaymandır.

Səfəri işıqlandırmaq üçün xüsusi viza ilə Məkkəyə gələn müxbir və operator 10 saat saxlanılıblar. Onlar Mövlud Çavuşoğlunun məsələni Səudiyyə Ərəbistanı kralı Salmana bildirməsindən sonra sərbəst buraxılıblar.

Sərbəst buraxılan və hazırda Türkiyəyə qayıtmaq üçün hava limanında olduqlarını bildirən müxbir Həsən Abdullah onlara Qətərlə bağlı xeyli suallar verildiyini vurğulayıb.


Müəllif: Səxavət