18 İyun 11:45
589

Seyid vəsiqəsinin ardınca "Mir Mövsüm ağa fəxri mükafatı" təsis olunub.

Xezerxeber.az məlumat verir ki, bir nəfərin ağa diplomu alması barədə sosial şəbəkələrdə şəkillər yayılıb. Diplomun hazırlanmasında Mir Mövsüm Ağa ziyarətgahının adından istifadə olunub. Belə ki, yuxarısında "Rəhimli və Mərhəmətli Allahın adı ilə" sözləri yazılan diplomun üzərində şəxsin, "Mir Mövsüm ağa fəxri mükafatı" laureatıçısı olduğu yazılıb.

Bir neçə gün əvvəl Elnur Tağıyevin, qazinin imzası ilə seyidlik vəsiqəsi alması barədə xəbərin ictimailəşməsi görünür şəkili yayanları təşvişə salıb. Çünki diplom sahibinin adı və soyadı xüsusi incəliklə gizlədilib.

Faktın arxasınca Mir Mövsüm Ağa ziyarətgahına yollandıq. Məlum oldu ki, belə bir diplomdan söhbət gedə bilməz. Fəaliyyət dairələrini genişləndirmək üçün kimlərsə ziyarətgahın adından sui-istifadə ediblər.

İlahiyyatçı Elsevər Səmədov belə bir təşəbbüsün şəriət qaydalarına uyğun olmadığını bildirir.

Görünür diplom hansısa müsabiqə əsasında tərtib olunub. Ancaq müsabiqənin kimlər tərəfindən və hansı şərtlərlə təşkil olunması barədə məlumat yoxdur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Müəllif: Teleqraf.com