18 İyun 19:31

Yoqa ilə məşğul olan insanlarda gözəl bədən quruluşu olmaqla yanaşı boyu təbii şəkildə artırmaq mümkündür.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu idman növü insan vücudunda böyüməyə səbəb olan hormonlara da təsir göstərir. Cəmləşdirilmiş dartınma və tarazlaşdırma hərəkətləri əzələləri möhkəmləndirir və bədənin qamətini yaxşılaşdırmağa imkan yaradır.

Bir çox yoga təlimatçısı bu növün fiziki boy artımının daha çox olduğunu düşünür. Yoqa sümüklərin uzanmasına istənilən səviyyədə təsir göstərməsədə müəyyən effektlər edir. Boş vaxtlarda məşğul olarkən onurğanı elastik etməyə səy göstərmək lazımdır. Həmin metod onurğanı düzgün bir şəkildə bir araya gətirməsinə kömək edir. Yoqa həmçinin kürək əzələlərini gücləndirir. Qarın və omba əzələlərinə kömək etdiyi üçün bədəni daha dayanıqlı hala gətirir.

Onuda qeyd etmək lazımdır ki, boyun təbii şəkildə artması üçün uşaqlıq dönəmində fiziki baxımdan gümrah və fəal olmaq, düzgün qidalanmaq lazımdır. Müntəzəm məşğələlər və idman fəaliyyətləri insanın boyunu artırır. Üzgüçülük, basketbol və s. idman fəaliyyətləri isə əzələləri açaraq vücudun böyüməsinə kömək edir.


Müəllif: Şəfiqə