18 İyun 2017 13:44
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar “Mən Azərbaycan Respublikası haqqında nə bilirəm?” mövzusunda esse müsabiqəsi elan edilib.

Azərbaycanın İrandakı səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, müsabiqə 18-29 yaş arasında olan gənclər arasında keçiriləcək. Müsabiqədə yalnız İran İslam Respublikasının vətəndaşları iştirak edə bilər. Qaliblər Azərbaycanın mədəniyyəti və tarixi ilə daha yaxından tanış olmaq məqsədilə ölkəmizə səfər etmək hüququ qazanacaq.

Qaliblər müəyyən edilərkən təqdim edilmiş esselərin elmi cəhətdən kifayət qədər əsaslandırılmasına, istifadə edilmiş ədəbiyyatın siyahısına və tarixi mənbələrin dəqiq göstərilməsinə, eyni zamanda məlumatların düzgünlüyünə xüsusi diqqət yetiriləcək. Müsabiqənin mövzuları bunlardır: Heydər Əliyev: Azərbaycan xalqının ümummilli lideri; Qarabağ münaqişəsinin reallıqları; Azərbaycan Respublikasının tarixi, mədəniyyəti və incəsənəti; Azərbaycan Respublikasının əhalisi, dili və adət-ənənələri; Azərbaycan Respublikasının beynəlxalq siyasətdəki rolu; Azərbaycan Respublikası və İran İslam Respublikası; tarixi əlaqələr və perspektivlər; Azərbaycan Respublikasının iqtisadi inkişafı; Azərbaycan Respublikasının neft və qaz strategiyası; Azərbaycan qədim mənbələrdə.

Esselər Arial 12 şrifti ilə A4 formatda yazılmalı və 30 iyul 2017-ci il tarixinə qədər az.embassy.tehran@gmail.com elektron poçt ünvanına Word və PDF formatında göndərilməlidir. Esselər 2500 sözdən çox olmamalı, ingilis dilində təqdim olunmalıdır.


Müəllif: Nərgiz