18 İyun 2017 13:59
1 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün saat 12.33-də metronun Elmlər Akademiyası stansiyasında 1934-cü il təvəllüdlü Səyyad Xəlilov adlı şəxs özünü qatarın altına alıb.

Bu haqda Teleqraf.com-a Bakı Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Mətbuat katibi deyib ki, hadisə 12.33-də olub: “Səyyad Xəlilov özünü qatarın altına atıb. Hadisədən sonra qatarın hərəkəti dayandırılıb, təcili tibbi yardım hadisə yerinə dəvət edilib. Lakin Səyyad Xəlilovu qatarın altından çıxararkən artıq ölü vəziyyətdə olub”.

Mətbuat katibi qeyd edib ki, bu hadisə metroda 17 dəqiqə gecikmə yaradıb.

***

S.Xəlilov huşsuz vəziyyətdə qatarın altından çıxarıldıqda məlum olub ki, onun bədənində hər hansı sınıq xəsarəti yoxdur, yəni qatarın altında qalsa da, ortadakı boşluğa düşüb və vaqonun təkərləri onun üstündən keçməyib. Bununla belə hadisənin şoku altında olan ahıl kişinin ürəyi partlayıb və onun həyatını xilas etmək mümkün olmayıb.(Lent.az)


Müəllif: Cavad