18 İyun 2017 15:20
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nizami rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən Teleqraf.com-a verilən məlumata görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirib, şəxsiyyəti məlum olmayan qadının cəsədini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 13:28-də başa çatıb.


Müəllif: Teleqraf.com