18 İyun 20:57

Microsoft şirkətinin baş meneceri Rayan Hevin Apple şirkətinin ictimaiyyətin marağını yeni məhsulunun üzərinə yönəltmək üçün Microsoftun adından istifadə etdiyini bildirib.

Teleqraf.com-un xəbərinə görə, Rayan KİV-ə açıqlamasında deyib ki, “almalı” konkurenti Microsoft üçün heç vaxt maraqlı olmayıb: “Əksinə Əppl həmişə bizdən nümunə götürüb. Aypad Pro göz qabağındadır və bu məhsulda Microsoftun elementləri açıq-aşkar hiss olunur.”


Müəllif: Könül Əlibəyli