19 İyun 2017 10:00
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk qrupunun həmsədrləri Riçard Hoqland (ABŞ), İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) regiona səfər çərçivəsində bu gün Azərbaycana gələcəklər.

Teleqraf.com-un məlumatına görə, səfər zamanı həmsədrlərin Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub. Amerikalı həmsədrin artıq Bakıda olduğu bildirilir.

Qeyd edək ki, keçən həftə həmsədrlər Ermənistan və Qarabağa səfər ediblər. Azərbaycana səfərin yekununda həmsədrlərin birgə bəyanat verəcəyi planlaşdırılır.


Müəllif: Nərgiz