19 İyun 10:41
163

Bakının mərkəzinə suyun verilməsində məhdudiyyət olacaq.

Azərsu ASC-dən Teleqraf.com-a verilən məlumata görə, Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsindən keçən magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar bu gün saat 11:00-dən 18:00-dək Bülbül prospekti, Səməd Vurğun, Nəcəf bəy Vəzirov, Şövqi Abdullayev, Ruhulla Axundov və Sarabski küçələrinin bir hissəsinə içməli su məhdudiyyətlə veriləcək.

“Azərsu” yaranan narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.


Müəllif: Şəfiqə