19 İyun 11:36

Ermənistan öz itkilərini gizlətməkdə davam edir.

Bu sözlər Axar.az-ın cəbhədəki son vəziyyətlə bağlı sorğusuna Müdafiə Nazirliyindən verilən cavabda yer alıb.

“Düşmən tərəfi rəsmi açıqladığı kimi 3 hərbi qulluqçusunu deyil, ağır yaralandığı bildirilən daha 2 əsgərini - Myasnik Ovanisyan və Vardan Harutyunyanı da itirib. Beləliklə də iyunun 16-da cəbhədə düşmənin 5 hərbi qulluqçusu məhv edilib.

Bundan əlavə, ermənilərin bir neçə ağır yaralanmış hərbi qulluqçusu da yerli hospitallara yerləşdirilib.

Həmişə olduğu kimi, Ermənistan tərəfi ictimaiyyətin haqlı etirazından çəkinərək yenə də öz itkilərini gizlətməkdə davam edir”, – deyə açıqlamada bildirilib.

Qeyd edək ki, iyunun 17-də Ermənistan daha bir hərbçisinin - Narek Qasparyanın cəbhədə aldığı güllə yarasından öldüyünü bildirib.

Məhv edilənlərin əksəriyyəti Ermənistan vətəndaşlarıdır və onlar məcburi şəkildə Qarabağda “hərbi xidmətə” vadar ediliblər.


Müəllif: Teleqraf.com