19 İyun 12:42

12:04

Bakıda Azərbaycan, İran, Gürcüstan, Polşa və Ukrayna dəmir yolları rəhbərlərinin görüşü keçirilir.

Teleqraf.com xəbər verir ki, görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, İran Dəmir Yolunun baş direktoru Səid Məhəmmədzadə, “Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka Baxtadze, “Ukrayna Dəmir Yolu” SC-nin İdarə Heyətinin sədri Balçun Voytsex və Polşa Dövlət Dəmir Yolunun rəisi Kşiştof Maminski iştirak edirlər.

Beştərəfli görüşdə "Cənub-Qərb" nəqliyyat marşrutunun üstünlükləri və inkişaf perspektivləri, bu layihənin inkişaf etdirilməsində, həmçinin, bu marşrut üzrə daşımaların həyata keçirilməsində təşkilati, texnoloji və logistik məsələlərin həllində tərəflərin atdığı addımların koordinasiyası, "Cənub-Qərb" nəqliyyat marşrutu katibliyinin və əməliyyat-iş mərkəzinin yaradılması məsələləri müzakirə ediləcək.

***

Beştərəfli görüşdə qəbul edilmiş razılığa əsasən, “Cənub-Qərb” marşrutu üzrə Azərbaycan, Gürcüstan, İran, Ukrayna və Polşanın dəmir yolları arasında koordinasiya işləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə həvalə edilib.

“Cənub-Qərb” marşrutu üzrə strateji əhəmiyyətli məsələlər, həmçinin marşrutun inkişaf perspektivləri Koordinasiya Komitəsi tərəfindən həll olunacaq.

Marşrut üzrə yüklərin daşınmasında mövcud olan və yaran biləcək maneələrin aşkar edilməsi və aradan qaldırılması məqsədilə, Koordinasiya Komitəsinin nəzdində Azərbaycan, Gürcüstan, İran Ukrayna və Polşa Respublikaları dəmir yollarının nümayəndələrindən İşçi Qrup yaradılacaq.

Tədbirin sonunda müvafiq sənədlər imzalanıb.


Müəllif: İlhamə Əbülfət