19 İyun 2017 12:18
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beştərəfli görüşdə Hindistan–Fars Körfəzi–İran– Azərbaycan–Gürcüstan–Ukrayna–Avropa istiqaməti üzrə daşımaların optimallaşdırılmasına və həmçinin tərəflərin tranzit potensialının artırılmasına xidmət edəcək "Cənub-Qərb" nəqliyyat marşrutu üzərində əməkdaşlıq imkanları genişləndirilməsi qərarı alınacaq.

Teleqraf.com xəbər verir ki, bunu Bakıda Azərbaycan, İran, Gürcüstan, Polşa və Ukrayna dəmir yolları rəhbərlərinin beştərəfli görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, "Cənub-Qərb" nəqliyyat marşrutu uzunluğu 7 min 600 kilometrdir. O, qeyd edib ki, logostik məhsul artıq hazırlanıb: "Biz ölkələr arasındakı potensialı müəyyən etmək istəyirik. Məqsədimiz odur ki, işləri elə həll edək, dəhliz boyu böyük yükləri daşımaq mümkün olsun".

İran Dəmir Yolunun baş direktoru Səid Məhəmmədzadə qeyd edib ki, "Cənub-Qərb" nəqliyyat marşrut üzrə yüklərin daşınması 10 milyard dollara başa gəlir: "Amma bu pulun 10 faizini qoymaqla bu işi həll edə bilərik. Yaxşı olar ki, iki ayda bir dəfə görüşüb, müzakirələr aparaq".


Müəllif: İlhamə Əbülfət