19 İyun 2017 13:34
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərazimiz seysmik zona olduğu üçün belə zəlzələlər xarakterikdir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Hüseynova Göyçay və Ucarda baş vermiş iki zəlzələ hadisəsini şərh edərkən bildirib.

Onun sözlərinə görə, zəlzələrin baş verməsində qeyri-adi heçnə yoxdur: “Aktiv bölgə üçün xarakterik olan bir şeydir. Vaxtaşırı belə zəlzələlər olur. Bəziləri hiss olunur, bəziləri yox. Gün ərzində nə qədər hiss olunmayan zəlzələlər baş verir. Gələcəkdə baş verə biləcək zəlzələlər barədə proqnoz verə bilmərik. Çünki seysmologiyada proqnoz vermək olmur”.

Qeyd edək ki, dünən yerli vaxtla saat 17:41:13 - də Zərdab stansiyasından 32 km şimal-qərbdə, Ucar ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda isə 3 bala qədər hiss olunub. Təkanların maqnitudası 4.4, dərinliyi 34 km olub.

Daha bir zəlzələ iyunun 16-da Göyçay ərazisində qeydə alınıb. Zəlzələnin dərinliyi 50 km, maqnitudası isə 4,3 olub.


Müəllif: Şəfiqə Nazimqızı