20 İyun 2017 00:12
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kokos həzm problemlri, kolit, mədə yarası və digər xəstəliklərlə yanaşı dişlərin ağardılmasına da kömək edir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hind qozunun yağı ilə bir neçə dəqiqə ağzı yaxalamaq dişi bəyazlaşdırır və kariyesin qarşını alır.

Hind qozunda natrium, kalium, kalsium, maqnezium, dəmir, mis, fosfor, kükürd kimi maddələr olduğundan digər meyvələrdən fərqlənir və dişin ağardılması üçün yaxşı vasitə hesab olunur.

Bu meyvə dəriyə də xeyirlidir. Bəzi insanlar hind qozundan hazırlanan şampunlardan, duş gellərindən istifadə edir. Həmin şampun və gellər dərini yumşaldır və sağlam qalmasına kömək edir.


Müəllif: Şəfiqə