19 İyun 2017 21:03
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 27-dən bu günə Yəmənin 20 əyalətində vəba epidemiyasından həyatını itirənlər sayı min 100-ə çatıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Məlumata görə, epidemiyanın başda paytaxt olmaqla Amran, Hudey və Həcə vilayətlərində sürətlə yayılır. Ölkədə təxminən 160 min nəfərin vəbaya yoluxduğu bildirilir. Xəstəliyə yoluxanların 50%-nin uşaqdır.

Qeyri-hökumət təşkilatlarının məlumatına görə, dəqiqədə bir uşaq epidemiyaya yoluxur. Vəba xüsusilə təmiz su olmayan yerlərdə qeydə alınır.

Yəməndə iki ildən çox müddətdir davam edən qarşıdurmalar səbəbiylə ölkə daxilində evini tərk etmək məcburiyyətində qalan 3 milyon nəfər vəbaya yoluxmaq təhlükəsiylə üz-üzədir.


Müəllif: Şəfiqə