20 İyun 2017 10:11
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda bu günə olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 17-20° isti, gündüz 25-30° isti, Bakıda gecə 17-19° isti, gündüz 27-29° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunundan 752 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında səhər bəzi dağlıq rayonlarda, axşam isə əksər rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 14-19° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacağı gözlənilir.

Xəbərdarlıq

İyunun 20-si axşam şimal və qərb rayonlarından başlayaraq 23-dək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.


Müəllif: Teleqraf.com