19 İyun 2017 23:17
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa hökuməti bazar günü baş tutan parlament seçkilərindən sonra istefaya gedib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Yelisey sarayına istinadən AFP məlumat yayıb.

Bildirilir ki, Fransa prezidenti Emmanuel Makron hökumətin istefasını qəbul edib.

Parlament seçkilərindən sonra hökumətin istefaya getməsi Fransada qanunvericilikdə yazılmayan gizli siyasi ənənədir. Yeni Nazirlər Kabinetinin yaxın vaxtlarda minimum kadr dəyişiklikləri ilə yenidən formalaşdırılacağı gözlənilir.

Parlament seçkilərində prezident Emmanuel Makronun "İrəli, Respublika" hərəkatı qələbə qazanıb.


Müəllif: Teleqraf.com