20 İyun 2017 09:44
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt Dövlət Universitetinin (SDU) Tarix və coğrafiya fakültəsinin Tarix və onun tədrisi metodikası kafedrasının müdiri, professor Həmid Alıyev vəfat edib.

Teleqraf.com xəbər verir ki, H.Alıyev 64 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Alıyev Həmid Alıhüseyn oğlu1953-cü il dekabrın 6-da Zərdab rayonun Şahhüseynli kəndində anadan olub. 1975-ci ildə S.M.Kirov adına ADU-nun (indiki BDU-nun) "Tarix" fakültəsinə daxil olub və 1981-ci ildə təhsilini başa vurub. 1989-cu ilədək Bakı şəhər 71№ li orta texniki peşə məktəbində tarix və ictimaiyyət müəllimi vəzifəsində işləyib. Həmin ildən 2002-ci ilədək Ç.İldırım adına AzPİ (indiki AzTU)-də müəllim, baş müəllim və kafedra müdiri vəzifələrində çalışıb. 1994-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitunun "Müasir dövr" şöbəsinin dissertantı təsdiq olunub, 1999-cu ilin yanvar ayında dissertasiya işini müvəffəqiyyətlə müdafiə edib "Tarix elmləri namizədi alimlik dərəcəsi" adına layiq görülüb. 2002-ci ilin sentyabr ayında SDU-nun "Ümumi tarix" kafedrasına dosent vəzifəsinə təyin edilib. 2003-cü ilin noyabr ayında isə "Tarix" fakültəsinə dekan müavini vəzifəsinə təyin edilib.

2007-ci ildə SDU-nun Azərbaycan tarixi (hum.ixt.üz.) və tarixin tədrisi metodikası kafedrasında doktorant təsdiq olunub.

2014-cü il 1 fevral tarixində doktorluq dissertasiyasını uğurla müdafiə edib. SDU-nun Elmi Şurasının 29.12.2016-cı il tarixli iclasının 04 saylı protokoluna əsasən professor vəzifəsinə seçilib.

Prof.H.A.Alıyev 80-dən artıq elmi məqalə, o cümlədən 4 monoqrafiya, 2 dərs vəsaiti və 1 metodik vəsaitin müəllifidir. Bu ildən Tarix və onun tədrisi metodikası kafedrasının müdiri vəzifəsini icra edib.

Ailəli idi, dörd övladı var.


Müəllif: Teleqraf.com