20 İyun 2017 10:16
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda diplomatik nümayəndəliyin avtomobili qəzaya düşüb.

APA-nın məlumatına görə, hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsində qeydə alınıb.

ABŞ-ın Bakıdakı səfirliyinə məxsus “Ford” markalı, 006 T 052 dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhər sakini Tuncay Cəfərovun idarə etdiyi “Mersedes” markalı maşınla toqquşub.

Nəticədə xəsarət alan olmayıb. Hər iki maşına yüngül ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com