20 İyun 2017 11:51
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na etdiyi dəyişikliyin tətbiqi barədə təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb.

Teleqraf.com xəbər verir ki, əmrdə ali təhsil müəssisələrinin rəhbərləri qərarın 2016/2017-ci tədris ilinin yay imtahan sessiyasından başlayaraq tətbiq olunması tapşırılıb.

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinə Qərardan irəli gələn məsələləri həll etməyi və digər zəruri tədbirləri həyata keçirmək tapşırılıb.

Nazir əmrin icrasına nəzarəti öz üzərinə götürürüb.

Qeyd edək ki, Nazirlər Kabinetinin son dəyişikliyə görə akademik borcu olan tələbələrə hər semestrdə ümumilikdə iki fənn üzrə fənni dinləmədən kreditləri qazanmaq (imtahanda iştirak etmək) imkanı yaradılıb. Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbə həmin fənn üzrə təkrar imtahan üçün ödəniş etmir.

Digər tələbələr isə imtahanda iştiraka görə həmin fənn üçün nəzərdə tutulan məbləğin 25 faizindən çox olmamaq şərtilə ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən vəsaiti ödəməli olacaqlar.


Müəllif: İlhamə Əbülfət