20 İyun 2017 12:01
1 148
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şamaxinka” kimi tanınan ərazidən “20 yanvar” metro stansiyasına kimi dayanacaqlarda quraşdırılmış “Bakı kart” terminalları işləməməsinin səbəbi həmin yerdə elektrik enerjisinin kəsilməsi səbəb olub.

Bu barədə Teleqraf.com-a “Bakı kart”-dan açıqlama verilib.

Açıqlamada bildirilib ki, adı çəkilən ərazilərdə səhər elektrik enerjisi olmayıb: “Səhər saatlarında ışıq olmadığı üçün “Bakı kart” terminallarımız işləməyib. Çox insan bizə zəng vurub. Biz Bakı Nəqliyyat Agentliyinə məlumat vermişik”.


Müəllif: İlhamə Əbülfət