20 İyun 2017 14:17
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 23-də növbəti buraxılış imtahanları keçirəcək.

DİM-dən Teleqraf.com-a verilən məlumata görə, iyunun 23-də Xocavənd, Gəncə, Daşkəsən, Göygöl, Samux, Xızı, Mingəçevir, Naftalan, Goranboy, Şəki, Oğuz, Ağcabədi, Göyçay, Ucar, Ağdaş, İsmayıllı, İmişli, Füzuli, Beyləqan, Sabirabad, Saatlı, Lənkəran, Astara, Lerik, Masallı, Xaçmaz, Şabran və Siyəzəndə yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə ) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək.

Həmin gün ümumilikdə, 57088 şagirdin imtahan verəcəyi nəzərdə tutulur (IX sinif II mərhələ üzrə 31715, XI sinif üzrə 25373).


Müəllif: Şəfiqə