22 İyun 2017 16:01
1 199
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bazarlarda satılan qarpız, yemiş yerli məhsuldur.

Bunu Teleqraf.com-a açıqlamasında Kənd Təsərrütafı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib.

Onun sözlərinə görə, əvvəllər qarpız digər ölkələrdən idxal olunurdu: “Artıq bazara çıxarılan qarpız, yemiş yerli istehsaldı. Aran bölgələrində - Saatlı, Sabirabadda əkilən qarpızlardır. Fevral ayında istixanalarda əkilir, hava isindikdən sonra satışa çıxarılır.

Hazırda bazarda qarpız var, kim istəyirsə alır. Hələ tələbat çox deyil”.

Murtuzəli Hacıyev bildirib ki, qarpızın qiyməti ötən həftə ilə müqayisədə 20 qəpik ucuzlaşıb: “Keçən həftə qarpızın kilosu 60 qəpik idisə, bu həftə 30-40 qəpik arasındadır.

Dövlət Fitosanitar Nəzarəti Xidməti məhsulların keyfiyyətilə bağlı bazarlarda mütəmadi monitorinqlər aparır. Hər hansı bir pozuntu və qarpızdan zəhərlənmə ilə bağlı fakt aşkar edilməyib”.


Müəllif: İlhamə Əbülfət