22 İyun 2017 16:30
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda pensiya sistemində islahatların həyata keçirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” tvinninq-layihəsi başlayacaq.

Aİ-nin Azərbaycandakı nümayəndəliyindən Teleqraf.com-a verilən məlumata görə, iyunun 23-də start veriləcək layihənin məqsədi Azərbaycanda pensiya sistemi və sosial müdafiənin Avropa təcrübəsinə uyğun hala gətirilməsi üçün gələcək islahatlara təşviq etməkdir.

24 ay davam edəcək layihə 1,2 milyon avroluq büdcəyə malikdir və Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Fransanın Sosial İşlər və Səhiyyə Nazirliyi, Əmək, Məşğulluq, Peşəkar Hazırlıq və Sosial Dialoq Nazirliyi və Avropa və beynəlxalq məsələlər üzrə nümayəndə heyətinin birgə həyata keçiriləcək.

Qeyd edək ki, bu, Azərbaycanda əhalinin sosial müdafiəsi sahəsində Fransa ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək üçüncü tvinninq-layihə olacaq.


Müəllif: Nərgiz